Sosial şəbəkə hesablarının kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır.
Sosial şəbəkə hesablarının təhlükəsizliyini qorumaq üçün nə etməliyik?
XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, ilk öncə sosial şəbəkə hesablarınıza ən azı 8 simvoldan ibarət mürəkkəb şifrələr təyin edin. Şifrələrdə doğum tarixiniz, adınız, övladlarınızın adından, qwerty, 12345 kimi sadə simvollardan istifadə olunmamalıdır.
Mümkün olduğu halda hesablarınızı ikimərhələli identifikasiya funksiyası ilə işə salın.
Eyni şifrəni birdən çox hesabda yazmayın.
Şifrlərinizi kağız və telefonda qeyd yerində saxlamayın.