Xəzər Xəbər

“SpaceX” kompaniyası internet peyklərin yeni qrupunu orbitə çıxarıb

Texnologiya | 14:54 • 19 Sentyabr 2022
“SpaceX” kompaniyası internet peyklərin yeni qrupunu orbitə çıxarıb

Bazar ertəsi günü “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin yeni qrupunu orbitə çıxarıb.

Xezerxeber.az xəbər verir ki, kompaniya yerətrafı orbitə daha 54 mini-peykin çıxarıldığını təsdiqləyib. Daşıyıcı raket bazar günü yerli vaxtla saat 20:18-də (Bakı vaxtı ilə bazar ertəsi günü 04:18) Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 61-ci qrupudur və onların ümumi sayı 3,3 mini ötüb.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, internet peyklərin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də fəal istifadə edirlər.

Xəbər lenti

Çox oxunanlar