Milyonlarla smartfon istifadəçisinə təhlükəsizlik xəbərdarlığı gəlib.
XəzərXəbər xəbər verir ki, xəbərdarlıq edilən telefon modellərinin adları açıqlanıb.
Apple iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad Air, iPad mini 2, iPad mini 3 və 6-cı nəsil iPod Touch üçün yeni təhlükəsizlik yeniləməsini istifadəyə verib.
Bu cihazların istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları barədə məlumat verilib.
Xəbərdarlıqda vurğulanıb ki, əgər istifadəçi zərərli sayta daxil olarsa, onun məlumatları oğurlana bilər.