Xəzər Xəbər

"Google Maps"dan daha bir YENİLİK: Ən sürətli marşrutlar...

Texnologiya | 14:43 • 8 Sentyabr 2022
"Google Maps"dan daha bir YENİLİK: Ən sürətli marşrutlar...
"Google" ötən ilin oktyabr ayında "Xəritələr" tətbiqinə ekoloji təmiz marşrut tapmağı əlavə edib.
 
İstifadəçilərə yanacağa qənaət etmək üçün ən yaxşı marşrutları tapmağa kömək edən xüsusiyyət Türkiyə də daxil olmaqla, 40-a yaxın Avropa ölkəsində də mövcuddur.

 

"Google Maps"in ekoloji cəhətdən təmiz marşrut xüsusiyyəti işə salındıqda istifadəçiyə ən sürətli marşrutlar yerinə daha çox yanacaq sərf edən marşrutlar göstərilir. Bu marşrutlar yarpaq etiketi ilə qeyd olunur. "Google Maps"in ekoloji təmiz marşrutları göstərməsi üçün istifadəçinin etməli olduğu kiçik bir düzəliş var. Parametrlər - Naviqasiya Parametrləri menyusunda marşrut seçimləri altında, "Yanacağa qənaət edən marşrutlara üstünlük verin" seçimi aktiv olmalıdır. Avtomobil sahibləri öz avtomobillərinin mühərrik tipini seçməklə daha çox yanacaq sərf edən marşrut variantlarını da görə bilərlər. Yanacağa qənaət funksiyası, mühərrik növü (benzin, dizel, hibrid və ya elektrik) naviqasiya üçün parametrlər menyusundan seçilə bilər.
 
"Google" deyir ki, ekoloji cəhətdən təmiz marşrut tapmaq funksiyasını əlçatan etdikdən sonra ABŞ-da 100.000 avtomobilin emissiyasına ekvivalent karbon emissiyasına qənaət ediblər./sia.az

Xəbər lenti

Çox oxunanlar