"Apple" bir çox köhnə model cihazlar üçün "təcili yenilənmə" edib.
O, milyonlarla istifadəçinin foto və qeydlərinin təhlükədə olduğunu bildirib.
Və bundan sonra, "Apple" "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus", "iPad Air", "iPad mini 2", "iPad mini 3" və 6-cı nəsil "iPod Touch" üçün yeni təhlükəsizlik yenilənməsini buraxıb.
Bu cihazların istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları xahiş olunub.
Xəbərdarlıqda qeyd olunub ki, "zərərli şəkildə hazırlanmış veb məzmunun işlənməsi ixtiyari kodun icrası ilə nəticələnə bilər. Əgər istifadəçi zərərli sayta daxil olarsa, onun məlumatları oğurlana bilər.
Şirkət həmçinin sentyabrın 7-də keçirilən tədbirlə yeni "iPhone 14", "iPad" və "AirPod"lar da daxil olmaqla bir sıra məhsullarını elan edib.