Xəzər Xəbər

ABŞ Rusiya və Çinə bəzi çiplərin satışını məhdudlaşdırır

Texnologiya | 09:43 • 1 Sentyabr 2022
ABŞ Rusiya və Çinə bəzi çiplərin satışını məhdudlaşdırır

ABŞ Prezidenti Co Baydenin Administrasiyası superkompüter və süni intellekt üçün istifadə edilən çiplərin Rusiya və Çinə satışına bir sıra məhdudiyyətlər qoyub.

Bu barədə “The New York Times“ qəzeti yazıb. 

İstehsalçılar bildiriblər ki, hökumət indi server sistemlərində istifadə olunan iki növ yüksək performanslı çipləri satmaq üçün ixrac lisenziyaları tələb edir.

Yeni tələbin Çin və Rusiyanın yarımkeçiricilərdən hərbi məqsədlər üçün istifadəsini məhdudlaşdıracağı gözlənilir.

Süni intellekt, öz növbəsində, videolarda üzləri müəyyən etmək üçün getdikcə daha çox istifadə olunur.

Hazırda Nvidia şirkəti Rusiya Federasiyası ilə işləmir, lakin Çin bazarına mal tədarük edir.

Xəbər lenti

Çox oxunanlar