"Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisinin əsas məqsədi ölkəmizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, iqtisadiyyatımızın yüksələn templə inkişaf etdiyini nümayiş etdirməkdir".
Xezerxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.
O bildirib ki, tədbirdə min addan artıq silah sərgilənəcək: "Sərgidə Azərbaycanın iki pavilyonu olacaq. Burada ölkəmizin pilotsuz uçuş aparatı olan "İti qovan" nümayiş etdiriləcək".