Xəzər Xəbər

Yeni təyyarə təqdim edildi

100 tondan çox yanacaq daşıya bilən “Yunyou-20” təyyarələri səmada yanacaqla təmin edəcək
Texnologiya | 13:39 • 27 Avqust 2022
Yeni təyyarə təqdim edildi

Çin istehsalı olan yeni nəsil yanacaq təyyarəsi “Yunyou-20” Çançun şəhərində keçirilən aviasiya sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub.

Çin Xalq Azadlıq Ordusunun balansında olan müxtəlif növ təyyarələri səmada yanacaqla təmin etmək imkanına malik olan “Yunyou-20” 100 tondan çox yanacaq daşıya bilir. Ekspertlər “Yunyou-20”nin Rusiyanın “İl-76” təyyarəsi ilə təxminən eyni ölçüdə olduğunu bildirir.

“Yunyou-20”dən təyyarələri havada yanacaqla təmin etməkdən başqa, patrul, radioelektron kəşfiyyat təyyarəsi kimi də istifadə olunması mümkündür.

Avqustun 26-da başlayan və 30-dək davam edəcək Çançun aviasiya sərgisində Çin Xalq Azadlıq Ordusunun hərbi hava qüvvələrinin ötən 10 ildə əldə etdiyi nailiyyətlər, yeniliklər nümayiş olunacaq. Çin ordusunun 6 ədəd yeni nəsil “J-10” təyyarəsindən ibarət “Bayi” akrobatik komandası səmada şou göstərib. Bundan başqa, müxtəlif növ hərbi təyyarələrin birgə şousu da baş tutub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar