Xəzər Xəbər

Almaniya Ukraynaya 500 milyon dollarlıq silah vermək niyyətindədir

Texnologiya | 23:15 • 23 Avqust 2022
Almaniya Ukraynaya 500 milyon dollarlıq silah vermək niyyətindədir

Almaniya Ukraynaya 500 milyon dollar məbləğındə əlavə silah-sursat verməyi planlaşdırır.

"Reuters" agentliyi xəbər yayıb ki, Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts AFR-in Ukraynaya əlavə olaraq hava hücumundan üç "IRIS-T" müdafiə sistemi, 10 zirehli təmir-təxliyə maşını, 20 raket qurğusu, yüksək dəqiqliyə malik döyüş sursatı və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri təqdim etmək niyyətini açıqlayıb.

Agentliyin bildirdiyinə görə, sılahlar 2023-cü ildə veriləcək, lakin texnikaların bəzi növləri daha əvvəl verilə bilər. Olaf Şoltsun Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə töhfə adlandırdığı silah tədarükü planı hələ Bundestaqın büdcə komitəsi tərəfindən təsdiq edilməlidir.

Xəbər lenti

Çox oxunanlar