Almaniya ən son "IRIS-T" hava hücumundan müdafiə sistemlərini yaxın həftələrdə Ukrayna ordusuna təhvil verməyi planlaşdırır.
Xezerxeber.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok brifinq zamanı məlumat verib.
Qeyd etmək lazımdır ki, əvvəllər Almaniyada yeni hava hücumundan müdafiə sistemlərini payızdan tez olmayaraq verməyi planlaşdırırdılar, lakin indi tədarük proqnozu dəyişib.
Xatırladaq ki, "IRIS-T" SLM zenit-raket kompleksi ən son orta mənzilli hava hücumundan müdafiə sistemidir. Bu kompleks üçün "IRIS-T" raketləri təkmilləşdirilmişdir - mühərrik gücü artırılmış və təyinat başlığı radarla əvəz edilmişdir. Kompleksin hədəfi müəyyən etmək üçün əməliyyat məsafəsi 250 kilometrdir.