Xəzər Xəbər

Elektriklə işləyən sürücüsüz avtomobilin sınaq sürüşlərinə başlanıb

Texnologiya | 08:55 • 14 Avqust 2022
Elektriklə işləyən sürücüsüz avtomobilin sınaq sürüşlərinə başlanıb

İtaliyada avtonom rejimdə idarə olunan 14 sərnişin tutumlu avtomobil sınaq sürüşlərinə başlayıb.

Turin şəhərində keçirilən sınaqlar uğurlu olarsa, avtomobil 2 kilometrlik xətt üzrə sərnişin daşıyacaq. Elektriklə işləyən sürücüsüz avtomobilin uzunluğu 5 metr, eni isə 2 metrdir. Nəqliyyat vasitəsi saatda 25 kilometr sürətə çata bilir, 9 saata qədər işləyir.

Fransa şirkəti tərəfindən istehsal olunan avtomobil şəhər nəqliyyatında istifadə ediləcək. Nəqliyyat vasitəsi sensorları və peyk əsaslı naviqasiya sistemi sayəsində maneələri, digər avtomobilləri və piyadaları aşkar edə bilir. Avtomobil oktyabr ayına qədər sərnişinsiz sınaqdan keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar