"Whatsapp” ekran görüntüsü çəkməyi dayandıracaq.
"WhatsApp”ın mesaj silmə funksiyasının müddətinin 60 saata qədər artacağı məlum olub. Şirkət eyni zamanda birdəfəlik fotoşəkil təqdimatında ekran görüntüsünü bloklanmaq üzərində işləyir. Bundan əlavə qruplardan səssiz çıxmaq və onlayn statusunuzu gizlətmək kimi funksiyalar da qısa müddət ərzində istifadəçilərin ixtiyarına veriləcək.
Belə ki, birdəfəlik mesajlar açıldıqda telefonun ekran çəkmə xüsusiyyəti söndürüləcək. Son yeniləmələrə görə, göndərilən mesajı silmək üçün 60 saatınız olacaq.
Bu iki xüsusiyyətin yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir./azxəbər