"Google" Rusiyanın “Rostec” dövlət korporasiyasını onun "YouTube" kanalının sanksiyalara görə bloklandığı barədə xəbərdar edib.
Bu barədə TASS məlumat yayıb.
"Rostec"in mətbuat xidmətinin məlumatına görə, dövlət korporasiyası kanalın mümkün ləğvinə hazır idi və bütün videoları əvvəlcədən Rusiyanın "Rutube" videobaxış platformasına köçürüb.
"Bu gün "Google" "Rostec" YouTube kanalının sanksiyalara görə bloklandığını bildirdi. Bu, Rusiya texnologiyası, bizim mühəndislərimiz və inkişaflarımızdan bəhs edən kanal idi və ildə təxminən 45 min abunəçi və yüz minlərlə tamaşaçı tərəfindən izlənilirdi", - məlumatda deyilir./Publika.az