Təhlükəsizlik tədqiqatçısı “Android əməliyyat sistemi” ilə işləyən telefonları hədəf alan proqramlar aşkar edib.
“Google Play Store”da ən azı 8 proqramda aşkarlanan “Autolycos” adlı zərərli proqram istifadəçilərə maddi ziyan vurur.
Bu proqram yükləyən insanları pullu xidmətlərə daxil etməyə başlayır. İlk dəfə 2021-ci ildə kəşf edilən “Autolycos”un Google tərəfindən yoxlanılması və zərərli olması təxminən altı ay çəkdi.
Bu proqramdan istifadə edən şəxslərin hesabında davamlı olaraq pul çıxılır.
Təhlükəsizlik mütəxəssisləri həm telefonunuzu, həm də pulunuzu qorumaq üçün aşağıdakı proqramları dərhal silməyi tövsiyə edir:
Razer Keyboard & Theme - 10.000+ yükləmə
Vlog Star Video Editor - 1.000.000+ endirmə
Funny Kamera - 500.000+ yükləmə
Coco Camera - 1000+ endirmə
Creative 3D Launcher - 1.000.000+ yükləmə
Qeyd edək ki, 8 proqram 3 milyon dəfədən çox yüklənib. (lent.az)