Çinin bir sıra ən böyük şirkətləri, o cümlədən “iPhone” istehsalçısı “Foxconn” hökumətini əmri ilə Şençjendəki fabriklərini 7 gün müddətinə işçilər müəssisədə qalmaq şərtilə bağlamağa məcbur olub.
Bu o deməkdir ki, müəssisələr fəaliyyətini davam etdirəcək, lakin işçilər istehsaldan kənar insanlarla təmasdan qaçmaq üçün onları tərk edə bilməzlər. Bu tədbir Çində COVID-19-un yayılmasını azaltmaq üçün nəzərdə tutulub.
Məhdudiyyətlər Huawei, ZTE və DJI, həmçinin neft-qaz şirkəti Cnooc Ltd şirkətlərinə də təsir edib. İstehsalçılardan infeksiyanın yayılmasının qarşısını almaq üçün ofis işçiləri ilə fabrik işçiləri arasında təması minimuma endirmələri də istənib.
Yeni nəsil iPhone-un istehsalı, bir qayda olaraq, yayda başlanır, ona görə də fabriklərdə yaranan hər hansı problem yeni cihazların tədarükünün gecikməsinə səbəb ola bilər. “iPhone 14” xəttinin təqdimatının payızda Apple-ın ənənəvi təqdimatında baş tutacağı gözlənilir.