Xəzər Xəbər

Mobil telefondan istifadə edənlər üçün vacib xəbər

Texnologiya | 16:20 • 21 İyul 2022
Mobil telefondan istifadə edənlər üçün vacib xəbər

Elektron SİM kartlar (eSIM) tədricən klassikləri əvəz edəcək.

Bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin müəllifləri bildiriblər ki, smartfon istehsalçıları tədricən inteqrasiya olunmuş həllərin xeyrinə cihazlarda SİM kart yuvalarından imtina edirlər. Jurnalistlərin fikrincə, mobil operatoru dəyişdirərkən istifadəçi köhnə SİM kartı cihazdan çıxarıb yenisini taxmalıdır. "Bu proses tezliklə keçmişdə qalacaq. Milyonlarla insan fiziki SİM kartlardan virtual olanlara keçib. Bir gün hamı eyni şey edəcək", - deyə ekspertlər qeyd etdilər.

WSJ jurnalistləri virtual SİM kartların adi plastik kartlardan üstünlüklərini sadalayıblar. Birincisi, istifadəçilərə telefonlarını sökməyə ehtiyac yoxdur - bunun əvəzinə onlar yalnız xüsusi QR kodu skan etməlidirlər. Analitik Çetan Şarmanın fikrincə, eSIM-lər Avropa və Asiyada populyarlaşıb, burada istehlakçılar ən yaxşı ödənişli planlar axtarəşəndadır. Şarma klassik SİM kartların tamamilə rədd ediləcəyini proqnozlaşdırdı.

İkincisi, eSIM-lər adi SİM kartlardan daha təhlükəsiz hesab olunur. "Problem aşkar edilərsə, istehsalçı dərhal bütün dünyada milyonlarla abunəçiyə təhlükəsizlik yeniləmələri göndərə bilər. Bunu fiziki SİM kartlarla etmək olmaz", - analitik Entoni Qounetilleke izah edir.

Sonda jurnalistlər qeyd ediblər ki, bir çox brendlərin smartfonları eSIM texnologiyasını çoxdan dəstəkləyir. Buraya iPhone Xs-dən bəri bütün Apple cihazları və Galaxy S20 seriyasından bəri bütün Samsung cihazları daxildir.

Xəbər lenti