"WhatsApp” yeni funksiyası üzərində çalışır.
Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp” yeni xüsusiyyətləri ilə istifadəçi təcrübəsini yaxşılaşdırmağa çalışır.
Bu yaxınlarda məlum olub ki, platforma "mesajın redaktəsi” funksiyası üzərində işləyir.
Bundan əlavə, mesajlaşma proqramında hər kəsin bildiyi kimi mesajları silmək imkanı var. Bu funksiya "Hər kəs üçün sil" və ya "Mənim üçün sil" seçimləri ilə mesajları müəyyən müddət ərzində silməyə imkan verir.
WABetaİnfo-nun məlumatına görə, bu gün təqdim edilən yeni funksiya ilə siz silinən mesajları geri qaytara biləcəksiniz.
Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Bundan əlavə, bu xüsusiyyət hələ inkişaf mərhələsindədir. Onu da əlavə etmək lazımdır ki, nə vaxt hər kəs üçün əlçatan olacağı hələ ki, məlum deyil./azxəbər