Xəzər Xəbər

DİQQƏT: Bu proqramlardan istifadə edirsinizsə dərhal silin

Texnologiya | 18:55 • 18 İyul 2022
DİQQƏT: Bu proqramlardan istifadə edirsinizsə dərhal silin

Google Play Store-da 8 proqram istifadəçilərin pullarını oğurlayır. Proqramların ümumi yüklənməsi 3 milyondan çoxdur. Təhlükəsizlik mütəxəssisləri bu proqramları silməyi təklif ediblər.

XəzərXəbər xəbər verir ki, Təhlükəsizlik üzrə tədqiqatçılar Android əməliyyat sistemi ilə işləyən telefonları hədəf alan proqramlar aşkar ediblər. Həmin proqramlar proqramı yükləyən insanları ödənişli xidmətlərə daxil etməyə başlayır.

Təhlükəsizlik mütəxəssisləri həm telefonunuzu, həm də pulunuzu qorumaq üçün aşağıdakı proqramları dərhal silməyi tövsiyə edir. 
 

Razer Keyboard & Theme – 10.000+ yükləmə
Vlog Star Video Editor – 1.000.000+ yükləmə
Funny Camera — 500.000+ yükləmə
Coco Camera — 1.000+ yükləmə
Creative 3D Launcher — 1.000.000+ yükləmə
GIF Klaviaturası — 100.000+ yükləmələr
Freeglow Camera — 5.000+ yükləmələr
Wow Camera — 100.00+ yükləmələr

Xəbər lenti