“İran atom bombası istehsal etmək üçün texniki imkana malikdir, ancaq ölkə rəhbərliyinin bu barədə qərarı yoxdur”.
APA-nın xəbərinə görə, bunu İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.
Kamal Xərrazi deyib ki, İranın belə texniki imkana malik olması sirr deyil: “İran bir neçə il ərzində uranı 20 faizdən 60 faizə qədər zənginləşdirməyi bacarıb və asanlıqla uranı 90 faizə qədər zənginləşdirə bilər”.
Qeyd edək ki, Kamal Xərrazi 20 Avqust 1997 - 24 Avqust 2005-ci illlərdə İranın xarici işlər naziri olub.