“Richard Mille” “Ferrari” ilə birlikdə dünyanın ən nazik mexaniki saatını yaradıb və bu, əksər italyan superkarlarından dəfələrlə baha başa gəlir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinbə görə, sadə RM UP-01 “Ferrari” adlı modelin qiyməti 1,888 milyon dollardır. Belə saatların cəmi 150 nüsxəsi istehsal olunacaq.
Ən əsas xüsusiyyətə gəlincə, saatın qalınlığı cəmi 1,75 millimetrdir. Düzdür, əvvəlki “Bulgari Octo Finissimo Ultra” rekordçusundan cəmi 0,05 millimetr nazikdir, lakin hər halda inanılmaz dərəcədə nazik cihazdır.
Eyni zamanda, saat mexanizminin qalınlığı daha da azdır - 1,18 millimetr. Saatlar əsasən alüminium və vanadium əlavələri ilə titandan hazırlanır.
Ultra nazik korpusa baxmayaraq, saat suya davamlıdır (10 metrə qədər). Enerji ehtiyatının 45 saat olduğu iddia edilir.