"TikTok” 18+ canlı yayımlara icazə verib.
"Twitter” və "İnstagram” kimi aparıcı sosial media tətbiqlərindən biri olan "TikTok” canlı yayımları 18+ ilə məhdudlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb. Seksual və zorakı görüntülər üzərində sınaq başlayır.
Həmçinin "TikTok” 18 və daha kiçik yaşda olan istifadəçilərin müəyyən canlı yayımlara baxmasına mane olan funksiyanı sınaqdan keçirməyə başlayıb.
Yalnız məhdud sayda məzmun istehsalçısı tərəfindən sınaqdan keçirilə bilən yuxarıda qeyd olunan xüsusiyyət, canlı yayımların yaş həddini məzmun istehsalçılarının ixtiyarına buraxacaq.
Xüsusiyyət proqramın parametrlər bölməsində "Yetkinlər üçün mövzular" adı altında görünəcək. Bu düyməni aktivləşdirən məzmun istehsalçıları 18 və daha aşağı yaşda olan istifadəçilərin canlı yayımlarına girişinin qarşısını ala biləcəklər./azxəbər