Xəzər Xəbər

"WhatsApp"a yeni özəllik gəldi: Artıq şəkil və videoları...

Texnologiya | 16:55 • 8 İyul 2022
"WhatsApp"a yeni özəllik gəldi: Artıq şəkil və videoları...
"WhatsApp”a mozaika funksiyası gəlib.
 
XəzərXəbər xəbər verir ki, "WhatsApp” daha bir faydalı funksiyasını təqdim edib.
İstifadəçilər artıq şəkilləri göndərməzdən əvvəl mozaika edə bilərlər. Bu funksiya iOS və Android versiyaları üçün əlçatan olacaq.
 
"WhatsApp” iOS versiyasında fotoşəkili necə mozaika etmək olar?
 
1. Aşağı sol küncdəki (+) düyməsinə toxunun.
 
2. "Fotolar və videolar" seçin.
 
3. Qalereyadan şəkil seçin.
 
4. Yuxarı sağ küncdəki karandaş işarəsinə toxunun.
 
5. Rəng zolağında pikselləşdirmə - mozaika seçin.
 
6. Barmağınızı pikselləşdirmək istədiyiniz sahənin üzərində sürüşdürün, sanki rəsm çəkirsiniz.
 
7. Bu sahə pikselləşdikdə, "Göndər” üzərinə klikləyin.
 
Bəs "WhatsApp”ın Android versiyasında fotoşəkili necə mozaika etmək olar?
 
1. Göndərmək üçün şəkli seçdikdən sonra yuxarı sağ küncdəki karandaş işarəsinə toxunun.
 
2. Yeni piksel aləti aşağı sağ küncdə öz simvolu ilə görünəcək.
 
3. Piksel düyməsinə toxunun, pikselləşdirmək istədiyiniz sahənin üzərinə sürüşdürün və hazır olduqda "Göndər" düyməsini basın.
 

Xəbər lenti

Çox oxunanlar