Xəzər Xəbər

Telefonlara daha çox reklam gələcək

Texnologiya | 15:48 • 8 İyul 2022
Telefonlara daha çox reklam gələcək

Yeni hazır olan bir məhsulu və ya təqdim etdiyiniz bir xidməti, sosial media vasitələri sayəsində bir çox insana çatdırmaq mümkündür. Hətta bəzən telefonların kilid ekranlarında da reklamlar görürük. Artıq bu reklamların sayının çoxalacağı da gözlənilir. 

Lent.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. 

Məlumata görə, “Glance” startapı telefonun kilid ekranında reklamların nümayişi üçün xüsusi platforma yaradır və bu yeni layihəni hazırlamaq üçün ABŞ operatorları ilə sıx əməkdaşlıq edir.  

Yeni xidmət artıq Asiya bazarında təxminən 400 milyon cihazda aktivdir. Şirkət bu cür reklamların gələcəkdə “Apple” smartfonlarında da tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, “Glance” çoxmillətli texnologiya şirkəti olan “InMobi”yə məxsusdur. Son hesablamalara görə, o 2 milyard dollar dəyərində qiymətləndirilir. 

Xəbər lenti

Çox oxunanlar