Xəzər Xəbər

Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

Texnologiya | 14:57 • 28 İyun 2022
Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

“Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”.

“Report” xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür".

O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb.

Xəbər lenti

Çox oxunanlar