Hətta tamamilə boşalmış bir smartfonun şarj edilməməsi lazım olduğu vəziyyətlər var.
XəzərXəbər xarici mediaya istinadla telefonun doldurulmasını bir müddət təxirə salmağın nə vaxt və niyə daha yaxşı olduğunu təqdim edir.
Telefonunuzu nə vaxt doldurmamalısınız?
Birincisi, smartfonu aşağı temperaturlara məruz qaldıqdan dərhal sonra, məsələn, şaxtadan sonra şarj etmək qəti qadağandır.
Cihazın ətraf mühitin temperaturunu qəbul etməsi üçün yarım saat gözləyin.
Oxşar vəziyyət yüksək temperaturda da keçərlidir, gadcetı 20 dəqiqə sərin yerə qoyun.
İkincisi, intensiv istifadə nəticəsində telefonunuz çox qızıbsa, onu doldurmayın.
Həmçinin oyun zamanı qadcetin video sistemi yüksək yük altında olarsa, smartfonu şarja qoşmaq tövsiyə edilmir./Lent.az