Xəzər Xəbər

Robotlar 2025-ci ilədək 85 milyon adamı işsiz qoyacaq

Texnologiya | 14:57 • 21 İyun 2022
Robotlar 2025-ci ilədək 85 milyon adamı işsiz qoyacaq

İstehsalatın avtomatlaşması və robot texnologiyasının tətbiqi 2020-2025-ci illər arasında 85 milyon işçinin maşınlarla əvəzlənməsinə səbəb ola bilər.

Bu barədə Çinin Beynəlxalq inkişaf barədə bilik mərkəzinin Pekində təqdim edilən hesabatında deyilir.

 

“Rəqəmsal transformasiya özü ilə yeni sosial çağırışlar gətirir. Avtomatlaşdırılmış istehsal xətləri və intellektual robotlar çox sayda monoton və mexaniki işçiləri əvəz edə bilər ki, bu da ənənəvi peşələrin geniş şəkildə yox olması ilə nəticələnəcək bilər”, – deyə sənəddə qeyd olunur.

Ekspertlərin fikrincə, bu, əsasən inkişaf etməkdə olan ölkələrin əmək bazarına ciddi zərbə vuracaq. Belə ki, ucuz işçi qüvvəsi və aşağı istehsal dəyəri inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə və qlobal əmək bölgüsü sistemində bu günə qədər əsas üstünlüyü olub.

“İstehsalatın mühüm hissəsi süni intellekt texnologiyaları, 3D çapı, həmçinin sənaye robotlarının payına düşəcək ki, onlardan istifadə qabaqcıl ölkələrə üstünlüklər qazanmağa və sənayeləşmədə yenidən rəqabət qabiliyyətini artırmağa kömək edəcək. Belə şəraitdə inkişaf etməkdə olan ölkələr yeni rəqabət üstünlükləri yaratmaqda və qlobal istehsal zəncirində öz mövqelərini qorumaqda böyük çətinliklərlə üzləşəcək”, – deyə hesabat müəllifləri bildirib./olke.az

Xəbər lenti

Çox oxunanlar