Xəzər Xəbər

“TikTok”la bağlı ŞOK İDDİA: Məxfilik sual altındadır?

Texnologiya | 17:07 • 18 İyun 2022
“TikTok”la bağlı ŞOK İDDİA: Məxfilik sual altındadır?
Dünyanın ən çox istifadə edilən sosial media platforması "TikTok”da çalışan mühəndislərin istifadəçilərin gizli məlumatlarını əldə etməsi iddia olunur. 
 
XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, bu məlumat Amerika mediasında sürətlə yayılıb. Belə ki, bu platformanın ayrı-ayrı şəxslərinə aid 80-dən çox səs yazısı internetə sızdırılıb. Həmin səs yazılarının çinli məsul şəxslər tərəfindən sızdırılması iddia edilir. 
 
İddiaya cavab isə gecikmədi. "TikTok”un səlahiyyətli şəxsləri açıqlamalarında bildirdilər ki, bütün şəxsi məlumatlar ABŞ-dakı Orankl data bazasında saxlanılır. Səs yazılarında ”Project Texas” adlı bir layihə üçün toplanan mühəndislərin və "TikTok” işçilərinin danışıqları var. 
 
Qeyd edək ki, "TikTok”un mətbuat katibi "Biz həm daxili, həm də xarici mühafizə üçün dünyanın ən yaxşı mütəxəssisləri ilə çalışırıq və məxfiliyimiz sual altında belə ola bilməz”, - deyərək bütün iddiaları cavab "atəşi” ilə susdurub. 

Xəbər lenti

Çox oxunanlar