Xəzər Xəbər

Öz şüuru olan süni intellekt kəşf edildi

Texnologiya | 17:31 • 12 İyun 2022
Öz şüuru olan süni intellekt kəşf edildi

“Google”da proqram mühəndisi kimi çalışan Bleyk Lemoyn bildirib ki, korporasiyası tərəfindən yaradılan süni intellekt LaMDA ((Language Model for Dialogue Applications - Dialoq Tətbiqləri üçün Dil Modeli) fərdi şüura malikdir.

LaMDA istənilən mövzuda ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş danışıq proqramları üçün neyron şəbəkə dili modelidir. Lemoynun işi sistemi sınaqdan keçirmək olub. Mütəxəssis süni intellektin öz şüuruna malik olduğu qənaətinə gəlib.

Belə ki, onun sözlərinə görə, çatbot öz hüquqlarından danışır və özünü bir fərd kimi qəbul edir.

“Əgər mən bu yaxınlarda yazdığımız kompüter proqramı ilə ünsiyyətdə olduğumu dəqiq bilməsəydim, o zaman fikirləşərdim ki, yeddi və ya səkkiz yaşlı uşaqla danışıram”, - deyə 41 yaşlı mühəndis bildirib.

Sınaqların nəticələrinə əsasən Lemoyn yazılı hesabat hazırlayıb. Lakin şirkət rəhbərliyi işçinin arqumentini inandırıcı saymayıb. Hazırda Lemoyn ödənişli inzibati məzuniyyətə göndərilib.

Mənbə: ixbt.com

Xəbər lenti

Çox oxunanlar