"İnstagram”ın yeni özəlliyi tezliklə istifadəyə veriləcək.
XəzərXəbər xəbər verir ki, mobil tərtibatçı Alessandro Paluzzi "İnstagram”ın uzun müddət toxunaraq profil şəkillərini genişləndirməyə imkan verəcək funksiya üzərində işlədiyini açıqlayıb.
Paluzzi foto böyütmə xüsusiyyətinin hazırda inkişaf mərhələsində olduğunu söyləyib.
O, həmçinin funksiyanın beta testçiləri üçün açıq olmadığını bildirib. Ona görə də funksiyanın necə olacağı barədə çox məlumat yoxdur.
Paluzzinin "Twitter”dəki paylaşımına görə, istifadəçilər fotoşəkilləri bir addımla görəcəklər. Bunun üçün onların etməli olduğu yeganə iş istifadəçinin profil şəklinə uzun müddət toxunmaqdır. Nəticədə profil şəklini daha böyük formada görmək mümkün olacaq.
Bu xüsusiyyətlə yanaşı, "İnstagram” müxtəlif funksiyalar üzərində işləyir. Onlardan biri də odur ki, istifadəçilər öz sevimli yazılarını profilin yuxarı hissəsinə yapışdırırlar.
Belə ki, istifadəçilər bir addımla başqalarının yazılarını öz profillərində post kimi dərc edəcəklər.