Çin astronomları “kainatda insanların yaşayış sahəsini genişləndirmək” üçün yeni layihə hazırlayırlar.
Alimlər “Closeby Habitable Exoplanet Survey” (CHES) adlı kosmik layihə üçün təklif təqdim ediblər.
Çin Kosmik Agentliyi bu layihə ilə insanların yaşaya biləcəyi başqa bir planet tapmaq üçün kosmos teleskopu ilə səmanı tədqiq edəcək.
Teleskop Yerdən 1,5 milyon kilometr uzaqlıqdakı L2 nöqtəsinə yerləşdiriləcək. Bu o deməkdir ki, nəqliyyat vasitəsi yerlə nisbətdə Aydan 4 dəfə uzaqda olacaq. urada CHES teleskopu 32 işıq ili uzaqlıqdakı Günəşə bənzər 100-ə yaxın ulduzu tədqiq edəcək.
Layihəni təklif edən komanda bu ulduzların ətrafında təxminən 50 Yerə bənzər ekzoplanet tapmağa ümid edir.
Komanda mvəffəqiyyətli olarsa, bu, yerdən 32 işıq ili uzaqlıqda Yer kimi planetləri axtarmaqla bağlı ilk kosmik missiya olacaq. CHES missiyasının baş müstəntiqi Ji Jianquinin sözlərinə görə, layihə çərçivəsində Günəş sistemi ilə bağlı qaranlıq qalan suallara da cavab tapılacaq.
"Yaxınlıqda yaşayışa imkan verən planetlərin kəşfi bəşəriyyət üçün böyük bir irəliləyiş olacaq və eyni zamanda bu, insanlara Yerə bənzər obyektləri ziyarət etməyə və gələcəkdə yaşayış yerlərini genişləndirməyə imkan verəcək", - deyə tədqiqatçı bildirib./Sfera.az