Ötən gün Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv etməsi mobil telefonlara görə rüsumun ləğvi kimi təqdim edilib.
XəzərXəbər xəbər verir ki, bununla bağlı ekspert Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğv edilmədiyini bildirib.
O qeyd edib ki, artıq xeyli müddətdir bu məsələ qanunla tənzimlənir:
“Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib.
Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq, müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”.