“Ölkədə 175 aktual peşə sahələrində, o cümlədən informasiya texnologiyaları (İT) peşələri üzrə köklü şəkildə peşə hazırlıqları həyata keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
“Bu gün informasiya texnologiya istiqamətləri bizim peşə hazırlığında aktual məsələdir. Biz agentlik olaraq 175 aktual peşələri müəyyən etmişik, onlarda biz köklü şəkildə peşə hazırlıqlarını həyata keçirmək istəyirik. 175 peşənin təqribən 30-40-ı İT istiqamətlərinə aiddir”, - Agentliyin rəhbəri bildirib .
M.Abbasbəyli vurğulayıb ki, Ukrayna, Belarus və Estoniyada İT peşələrində kifayət qədər inkişaf var: “İnanırıq ki, yaxın vaxtlarda biz də bu sürəti qət edəcəyik”.