İran Tacikistanda pilotsuz təyyarə istehsal edəcək.
İran istehsalı olan "Əbabil 2" pilotsuz təyyarənin istehsal müəssisəsinin Duşənbə şəhərində açılışında İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri və Tacikistanın müdafiə naziri, general-polkovnik Şirəli Mirzo iştirak edib.
"Əbabil 2" 100-150 kilometr məsafədə əməliyyat həyata keçirə bilir. Pilotsuz təyyarə 11 min pa hündürlükdə, saatda 250 kilometr sürətlə, 75-120 dəqiqə davamlı uçuş həyata keçirə bilər. Pilotsuz təyyarə hərbi sursat daşıya bilir. (APA)