Xəzər Xəbər

Yeni helikopterin uçuş sınaqları keçirilir

Texnologiya | 15:32 • 17 May 2022
Yeni helikopterin uçuş sınaqları keçirilir

Çin istehsalı olan ortaölçülü “AC352” mülki helikopterinin uçuşa yararlılığının sertifikatlaşdırılması prosesi çərçivəsində sınaq uçuşlarının sonuncu mərhələsi başlayıb.

AZƏRTAC Çin Aviasiya Sənayesi Korporasiyasının məlumatına istinadla xəbər verir ki, indiyədək helikopterin 87 istiqamət, o cümlədən qalxma və enmə, sabitlik, aşağı sürətdə idarəetmə üzrə sınaqları keçirilib. Helikopter, ümumilikdə, 37 saatdan çox sınaq uçuşu yerinə yetirib. Mülki aviasiya orqanları onun istismar xarakteristikasını, nəzarət keyfiyyətini və bort avadanlığının iş şəraitini sistemli şəkildə qiymətləndiriblər. Növbəti mərhələdə “AC352” helikopterinin müxtəlif funksiyalarını və etibarlılığını daha da yoxlamaq üçün digər uçuş testləri aparılacaq.

Qeyd edək ki, Harbin şəhərindəki “AVIC” aviasiya sənayesi şirkətinin istehsal etdiyi ikimühərrikli “AC352” 16 sərnişin və ya 7,5 ton yük daşıya bilir. İlk sınaq uçuşunu 2016-cı ilin dekabrında, uçuşa yararlılığın sertifkatlaşdırılması üçün ilk uçuşu isə 2019-cu ilin sonunda həyata keçirib.a

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024