Xəzər Xəbər

Almaniya Ukraynaya yeni hərbi texnikalar verə bilər

Texnologiya | 14:51 • 14 May 2022
Almaniya Ukraynaya yeni hərbi texnikalar verə bilər

Bu gün Almaniya səhər qəzetlərinin ilk səhifələrində “IRIS-T SLM” müasir hava hücumundan müdafiə sistemlərinin təsvirləri dərc edilib. Ola bilsin, Almaniya Federativ Respublikası Ukraynaya belə sistemlər tədarük etməyə başlayacaq.

Dünən AFR-in Nazirlər Kabinetində bu mövzunun müzakirəsi başlanıb. Məsələn, “Bild” qəzeti öz mənbələrinə istinadla yazır ki, həmin sistemlərin döyüş şəraitində tətbiqini öyrənmək üçün ukraynalı hərbçilər tezliklə Almaniyaya göndərilə bilər. Yeri gəlmişkən, “Diel Defens” şirkətinin istehsal etdiyi ilk belə sistem artıq noyabr ayında Ukraynaya çatdırıla bilər. Qəzetin yazdığına görə, Kiyev on ədəd belə sistem almaqda maraqlıdır.

“IRIS-T SLM” sistemi döyüş təyyarələrini, helikopterləri, qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, reaktiv artilleriya və bombaları məhv etmək imkanına malikdir. (AZƏRTAC)

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024