İlon Maskın qlobal peyk internet şəbəkəsi olan "Starlink" gələn il Azərbaycanda da olacaq.
"Starlink"in rəsmi saytında belə göstərilib.
İlon Maska məxsus "Space X" korporasiyasının tərkibindəki "Starlink" qlobal peyk sisteminin internet tarifləri Azərbaycanın mövcud reallığına uyğunlaşdırarsa, yerli internet-provayderlərin indiki formatda fəaliyyət göstərə bilməyəcəklər.
Onlar təqdim etdikləri internet xidmətlərindən istifadə haqqını aşağı salmaqla yanaşı, servisin keyfiyyətini və çeşidini artırmalı olacaqlar.
İstənilən halda, "Starlink" Azərbaycanda fəaliyyət göstərməyə başlayarsa, bu fakt ölkədə internetin keyfiyyətini yüksəldərək qiymətləri ucuzlaşdıracaq.
"Starlink"in təqdim etdiyi internetdən hazırda 23 ölkədə yararlanmaq mümkündür.
Şirkət Yerdən 328-614 km yüksəklikdəki "Gen2" rabitə peyklərinin sayını yaxın vaxtlarda 30 minə çatdırmaq niyyətindədir./milli.az