Xəzər Xəbər

“Beatles” qrupunun yoxa çıxan gitarası rekord məbləğə satılıb

Şou Biznes | 13:13 • 1 İyun 2024
“Beatles” qrupunun yoxa çıxan gitarası rekord məbləğə satılıb

Böyük Britaniyanın məşhur “Beatles” qrupunun yaradıcısı Con Lennona məxsus gitara “Julien's” hərrac evində 2,9 milyon dollara satılıb.

Xezerxeber.az xəbər verir ki, “Framus” markalı 12 simli gitara 1965-ci ildə “Help” və “Rubber Soul” albomlarının yazılması zamanı istifadə olunub.

Bu, indiyədək “Beatles”a məxsus satılan ən bahalı əşya hesab edilir.

Bildirilir ki, Lennon gitaranı Şotlandiya musiqiçisi Qordon Vellerə hədiyyə edib, o da öz növbəsində onu tur menecerinə verib. Alət daha sonra ingilis kəndindəki bir evin çardağında təxminən 50 il unudulub və yalnız ev satışa çıxarıldıqda tapılıb.

Hərrac evi alətin dəyərini 600-800 min dollar arasında qiymətləndirib.

Qeyd edək ki, ən bahalı gitara 2020-ci ildə hərracda 6 milyon dollara satılıb və Kurt Kobeynə məxsus olub.

Xəbər lenti