Hande Erçel və Kerem Bürsin yenidən bir yerdə görüntülənib.
"FOX TV”də yayımlanan "Sel Çal Kapımı” serialından sonra sevgili olub, ayrılan Kerem Bürsin və Hande Erçel yenidən bir yerdə görüntülənib.
Bir neçə gün əvvəl paylaşılan görntülərdə Hande Erçelin yanında olan şəxsin Kerem Bürsin olduğu iddia edilib.
Fotolardan sonra jurnalistlər Kerem Bürsindən "Hande Erçellə barışmısız?", - soruşublar.
Bürsin "İndi o mövzuya girməyək”, - deyə cavab verib. Bürsinin açıqlaması "münasibətlərinə bir şans daha verdilər" kimi şərh edilib./azxəbər