Rusiyalı tanınmış müğənni Maşa Rasputina Türkiyədə alış-veriş edərkən qarət olunub.
Hadisə elit mağazalardan birində baş verib. O, çantasını salondakı stolun üstünə qoyaraq paltardəyişmə otağına yollanıb. Bu vaxt onun çantası oğurlanıb. Çantada külli miqdarda nağd pul, kredit kartları və sənədlər olub.
Rasputina dərhal banka müraciət edərək, kartların bloklanmasını istəyib, bundan sonra hüquq-mühafizə orqanlarına ərizə yazıb. Həmçinin mağazanın qapısına heç olmasa çantada qalan sənədlərin geri qaytarılması istəyi ilə elan asılıb.
Bildirilir ki, müğənni baş verənlərdən çaşqınlığa düşüb və depressiyadadır.
Soyğunçuların axtarışına başlanılıb.
Mənbə: PROzvezd