Xəzər Xəbər

Məşhur müğənninin həyat yoldaşı şok etiraf etdi: Məni psixoloji...

Şou Biznes | 16:13 • 21 İyul 2022
Məşhur müğənninin həyat yoldaşı şok etiraf etdi: Məni psixoloji...
Türkiyəli məşhur müğənni Kutsinin həyat yoldaşı şiddətə məruz qaldığını etiraf edib.
 
Kutsinin həyat yoldaşı Sibel Ülker sosial media hesabından diqqətçəkən açıqlamalar verib. 
 
Sibel Ülker bu məsələ ilə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib və 1 ildir Kutsi tərəfindən psixoloji şiddətə məruz qaldığını etiraf edib. 
 
"Bir ildən çoxdur ki, övladlarımla birlikdə gördüyüm psixoloji şiddət və manipulyasiyaların hamısını vaxtı gəldikdə bir-bir açıqlayacağam. İndi deyə biləcəyim tək şey ondan ibarətdir ki, bəzi insanlar real həyatda daha yaxşı aktyordur və o maskaların altında heç bilmədiyiniz üzləri var”, - deyə Ülker paylaşımında qeyd edib. 
 
Qeyd edək ki, Kutsi məsələ ilə bağlı hələ ki, açıqlama verməyib./azxəbər

Xəbər lenti

Çox oxunanlar