Xəzər Xəbər

Van Dammın gəlini yeni detalları açdı: "Qayınanam və baldızımın..."

Şou Biznes | 19:04 • 9 İyun 2022
Van Dammın gəlini yeni detalları açdı: "Qayınanam və baldızımın..."

Dünya ulduzu aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə açıqlamaları ilə diqqət çəkib.

XəzərXəbər Teleqraf.com-a istinadla xəbər verir ki, Azərbaycana gələn Suada Hacızadə İnstaqramda hekayə bölümündə həyat yoldaşı üçün darıxdığını bildirib:

"Bizim münasibətimiz uzun məsafədən başladı. Öncə ruhlarımız bir-birini tanıdı və sevdi. Kristofer çox mədəni insandır, mənə və ailəmə qarşı tərbiyəli və ciddi olduğunu ilk gündən aydın şəkildə bildirmişdi. Bizim hekayəmizi yaxın zamanda eşidəcəksiniz. Krisrofer üçün darıxıram və əlbəttə, o da darıxır. Sadəcə işlə əlaqədar bir neçə ay görüşə bilməmişik. Bu da viza prosesindən keçən insanlar üçün tam normaldır və əminəm məni anlayarlar.

Biz birlikdə daha çox Belçikada yaşadıq. Lakin hazırda mən Azərbaycanda, o, Amerikadadır. Yaxın zamanda yenidən görüşəcəyik, Amerikada yenidən birlikdə olacağıq".

Suada Hacızadə qürbətdə yaşamağın çətinliklərindən də danışıb: "Biz Belçikada yaşayanda ilk ay çox çətin idi, ailədən, dostlarımızdan uzaq idik. Vaxt keçdikcə o ölkənin ritminə uyğunlaşırsan".

Suada həyat yoldaşının Azərbaycan dili öyrəndiyini açıqlayıb: "Azərbaycan dilini öyrənir. Ailəmlə, dostlarımla birlikdə olanda və onunla video zəng edəndə Azərbaycan dilində bildiyi sözləri deməyi sevir. Hərflərimizi tanıyır. Əsasən yeməyə aid sözlərimizi - duz, kəklikotu..."

O, qayınanası və baldızının nikah mərasimində iştirak etməməsinə aydınlıq gətirib: "Biz artıq birlikdəyiik, münasibətimiz çox yaxşıdır. Daha çox detalları açıqlamaq istəmirəm. Çünki artıq şəxsi məsələdir. Şəkil və videolar paylaşmırıqsa, o demək deyil ki, aramız yoxdur. Sadəcə öz şəxsi həyatımızı cəmiyyətdən qorumaq üçün paylaşmırıq. Həyat yoldaşımın hansı dindən olması onun seçimidir. İslama hörməti çoxdur və birlikdə dua edirik. Ümumiyyətlə, onlar xristian deyillər və bu məlumatı yayan insanlar bunu haradan götürdüyünü bilmirəm".

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda ailə qurublar.

Xəbər lenti

Çox oxunanlar