Xəzər Xəbər

İrem Derici ona xəyanət edən sevgilisi ilə barışdı: Çox xoşbəxtik

Şou Biznes | 16:38 • 17 Yanvar 2022
İrem Derici ona xəyanət edən sevgilisi ilə barışdı: Çox xoşbəxtik
Məşhur müğənni İrem Dericinin son addımı səs-küyə səbəb olub.
 
İfaçının sevgilisinin xəyanətini bağışlayıb ona daha bir şans verdiyi iddia olunub. Belə ki, ötən günlərdə "İbo Show”da 3-4 ay qabaq aldadıldığını etiraf edən Derici yenidən eyni mövzu ilə gündəmə gəlib. Onun bir müddətdir münasibətdə olduğu ifaçı Cem Belevi ilə ayrıldığı deyilsə də, İrem hər kəsi yanıldıb.
 
Sevgilərini gözlərdən uzaqda yaşamağa üstünlük verən cütlüyün barışdıqları bildirilib. İkilinin yaxın dostlarına "Çox xoşbəxtik” dedikləri ortaya çıxıb.
 
Xatırladaq ki, İrem Derici verilişdə "3-4 ay qabaq pis aldadıldım. Onları tutdum. Ağıllı qadınam, başa düşdüm. Allah cəzalarını verəcək”, - deyə söyləmişdi. Ardınca Cem Belevi "Özəl həyatım haqqında danışmağı sevmirəm. İrem çox şirin insan olduğu üçün, nə desə şirin gəlir. Onun şirinliyinə buraxıram bu məsələni. Öz işimlə, gücümlə məşğul oluram”./Sfera.az 

Xəbər lenti