Xəzər Xəbər

Dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı

Məşhur ukraynalı modelin cinayətə qurban getdiyi anlaşıldı
Şou Biznes | 16:10 • 3 Noyabr 2021
Dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı
Ukraynalı model Anzelika Srabiantsın İstanbulda balkondan yıxılaraq dünyasını dəyişməsi ilə bağlı modelin sevgilisi Burak Ercan "qəsdən öldürmək" maddəsi ilə həbs edilib.  
 
Dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
 
Modelin sevgilisi Burak Ercan polis idarəsində restorandan çıxandan sonra əvvəllər tanıdığı taksi sürücüsü Mustafa A-nın maşını ilə evə qayıtdığını deyib. Lakin məhkəmədə o, i̇fadəsini dəyişib və həmin  taksinin sürücüsünün Anzelikanın narkotik aldığı şəxs olduğunu deyib. 
 
Bu ifadədən sonra prokurorluq taksi sürücüsü Mustafa A. haqqında araşdırmalara başlayıb. "Narkotik və psixatrik maddələrin qanunsuz dövriyyəsi və tədarükü” maddəsi ilə aparılan istintaqda Burak Ercanın ifadəsinin ziddiyyətli olduğu bəlli olub.
 
Mustafa A. ifadəsində Burak Ercanın taksi puluna görə ona borcu olduğunu, hadisə baş verən günü bu səbəbdən ər-arvad yaşadıqları əraziyə getdiyini və onun heç kimə narkotik vermədiyini bildirib.
 
Qeyd edək ki, 2021-ci il 11 iyun tarixində İstanbulda yaşayan 33 yaşlı ukraynalı model Anzelika Srabiants İstanbul Sancaktepedə Burak Ercanın 5-ci mərtəbədəki mənzilinin eyvanından yıxılaraq dünyasını dəyişib./Sfera.az  

Xəbər lenti