Xəzər Xəbər

Fahriye Evcen göz qamaşdırdı

Şou Biznes | 12:22 • 20 Oktyabr 2021
Fahriye Evcen göz qamaşdırdı

Türk aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivitin siması olduğu markanın tədbirində iştirak edib.

Gecəyə xüsusi hazırlaşdığını deyən Fahriye Evcen qəhvəyi dəsti ilə bütün diqqətləri üzərinə toplayaraq Burak Özçiviti kölgədə qoyub. Aktrisa jurnalistlərə müsahibəsində smokinqlərin həyat yoldaşına yaraşdığını deyib.

Uzun fasilədən sonra “Alparslan: Büyük Selçuklu” adlı serialda Akça hatun rolu ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan kinodiva sözlərinə belə davam edib: “Tarixi serial olduğu üçün iş tempi və rejimi adi layihələrdən fərqlidir. Xüsusilə döyüş səhnələri daha çox səy tələb edir. Amma inanılmaz dərəcədə zövq alıram”.

Burak Özçivit isə rol aldığı “Kuruluş Osman” serialının çəkilişlərində yaşanan narahatlıqla bağlı danışıb. O, çəkiliş heyətinin ittihamlarını rədd edib: “Məni hamınız tanıyırsınız. Üslubum və duruşum bəllidir”.

Qeyd edək ki, çəkiliş heyəti aktyorun onları təhqir etdiyini iddia edərək polisə şikayət edib./publika.az

Xəbər lenti