Məşhur müğənni Ebru Gündəşin heç kimin bilmədiyi vəsvəsələri olduğu ortaya çıxıb.
Türkiyə mətbuatı məlumat verir ki, “O Ses Türkiye” proqramı ilə gündəmdən düşməyən məşhur müğənni Ebru Gündəşin maraqlı ev qaydaları var. Evində 10 nəfər işləyən Gündəşin ciddi qaydalara riayət etdiyi və tərlik geyinməyin qəti əleyhinə olduğu məlum olub. Hətta işçilərinin evdə ayaqqabı geyinməsini istədiyini də deyib.
Müğənni təmizləyicilər və aşpazları işə götürərkən əvvəlcədən ayaqqabı ölçülərini istəyir. Ebru işçilərindən idman ayaqqabıları almalarını və onları geyinib işləmələrini xahiş etdiyini də bildirib./Lent.az