“Haber Behane” verilişində qonaq olan məşhur aşpaz Özlem Mekik Bülent Ersoyun rasionu barədə yayılan iddialara cavab verib.
Aşpaz sənətçinin gündə 2,5 kq ət yediyi barədə yayılan xəbərlərin doğru olmadığını deyib.
“Bülent xanımın kiloqramlarla ət yediyini qəbul etmirəm, əksinə, ətrafındakılara yedirir. Belə xəbərlər görəndə əsəbiləşirəm. O, yeməkdən anlayan çox yaxşı bir qurmandır. İnanılmaz damaq dadı var. Təzə lobyanı onun istədiyi kimi hazırlayıram, həqiqətən də çox ləzzətli alınır. O, dadlı mantı və börek sevir. Amma bunun da kriteriyaları var”, - Ö.Mekik bildirib./Publika.az