"Aşk-ı Memnu" serialının məşhur aktyorları Kıvanç Tatlıtuğ və Beren Saat haqqında yeni iddia irəli sürülüb.
Onların yenidən eyni layihədə iştirak edəcəyi deyilib. İddiaya görə, aktyorlar 11 ildən sonra "Kral kaybederse” adlı serial üçün bir araya gələcək. Lakin tərəflərin hələ də açıqlama vermədikləri bildirilib.
Qeyd edək ki, sözügedən serial türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlunun kitablarından birinin motivləri əsasında ekranlaşdırılacaq./Sfera.az