Məşhur türkiyəli popstar Tarkan yenidən imic dəyişikliyi ilə gündəmə gəlib.
İfaçı sosial media hesabından yeni fotosunu izləyiciləri ilə bölüşüb. Bu dəfə Tarkan uzun saçları ilə diqqət çəkib.
"Meşələrin kralı Tarzan" sinqılım çox yaxında. Zarafat edirəm. Pandemiyada saçlarım yolundan çıxıb. Amma yaxın zamanlarda Tarzandan Tarkana dönərəm" , - deyə popstar qeyd edib.
Xatırladaq ki, Tarkan koronavirus dövrünü Almaniyada ailəsi ilə birlikdə keçirir.
Sfera.az