Xəzər Xəbər

Keremlə Serenay evlilik müqaviləsinə görə ayrılıbmış

Şou Biznes | 15:33 • 8 Oktyabr 2021
Keremlə Serenay evlilik müqaviləsinə görə ayrılıbmış

Məşhur türkiyəli cütlük Kerem Bürsin və Serenay Sarıkayanın uzun müddətdən sonra ayrılıq səbəbi bəlli olub.
 
Bu barədə İtaliya mətbuatı iddia irəli sürüb. "Chiecosa” adlı portal Keremlə Serenayın evlilik mövzusunda anlaşmadığını qeyd edib. 
 
Belə ki, Bürsin Sarıkayaya evlilik təklif edib və aktrisa razılaşıb. Lakin Serenay evlənmək üçün şərtinin olduğunu bildirib. O, evlilik anlaşması imzalamaq istədiyini deyib. Bu isə aktyoru əsəbiləşdirib və cütlük ayrılıq qərarına gəlib. 
 
Xatırladaq ki, cütlük 2019-cu ildə ayrılmışdı. Hazırda Kerem Bürsin aktrisa Hande Erçellə sevgilidir./Sfera.az

Xəbər lenti

Çox oxunanlar