Xəbər verdiyimiz kimi, tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunub.
Yayılan xəbərlərdə sənətçinin dəfnində yalnız müğənni Yusif Mustafayevin iştirak etdiyi qeyd olunub.
Müğənni Yusif Mustafayev açıqlamasında bildirib ki, başqa müğənnilər də orada olub:
"Mən dəfn mərasiminə qatılmamışam. Dəfn mərasimi Füzulidə oldu, mən də, düzü, dünən Naftalandan müalicədən gəlmişəm, ona görə də, sağ olsunlar, özləri dedi ki, sən gəlmə. Orada çoxlu yoldaşlar var idi, Nadir Bayramlı var idi. Sadəcə elə yazıblar ki, guya təkcə mən olmuşam. Bu, düz deyil axı. Yəni biz axşam getdik xəstəxanaya, sonra gecə orada olduq, Əlikram Bayramov orada idi, Əflatun Qubadov gəlmişdi, Eldəniz Məmmədov orada idi. Səhər də danışdıq ki, gəlin yola salaq, indi səhər kim bu cür görüb, kim belə yazıb, bilmirəm. Düzdür, tək dayanmışdım, sonra Nadir Bayramlı gəldi. İndi yəqin kimsə uzaqdan məni tək görüb, bu cür yazıb. Mən, inşallah, birisigün üç mərasiminə gedəcəm. Dostlarla da danışmışıq. Manaf Ağayev də burada yoxdur, xaricdədir. Yoxsa o da belə yerlərdən qalan deyil. Yəni məsələ bu cür olub, Allah Səyyad Əlizadəyə də rəhmət eləsin”.